ƏŞRƏF MARAĞAYİ (Əşrәf bin Şeyx Əbülhüseyn ibn әl-Hәsәn Marağayi-Tәbrizi; ?, Marağa – 1460, Tәbriz) – Azәrb. şairi. Mükәmmәl tәhsil almış, Marağada, Tәbrizdә, Bağdadda vә Heratda yaşamış, Qaraqoyunlu hökmdarı Cahanşahın böyük oğlu şahzadә Pirbudaqla dost olmuş, Şirazda vә Bağdadda onun yanında xidmәt etmişdir. Adı müxtәlif mәnbәlәrdә Əşrәf Xiyabani, Mövlana Seyid Əşrәf vә Dәrviş Əşrәf kimi dә çәkilmişdir. Fars dilindә yazmışdır. Nizami әdәbi mәktәbinin davamçılarındandır. Qәzәl, qәsidә, rübai, qitә vә s.-dәn ibarәt 4 divan [“Ünvan-üş-şәbab” (“Gәncliyin mәskәni”), “Xeyr ül-ümur” (“İşlәrin xeyiri”), “Əl-Baqiyat ül-salihat” (“Yaxşı әmәllәr”), “Mücәddәdat üt-tәcәlliyyat” (“Tәkrar aydınlanmalar”)] yaratmışdır. Ə.M. elm alәmindә Nizaminin “Xәmsә”sinә bütöv şәkildә nәzirә yazmış ilk Azәrb. şairi sayılır. N.Gәncәvinin “Xәmsә”sinә cavab olan 24 min beytlik “Xәmsә”nin [“Mәnhәc ül-әbrar” (“Yaxşıların yolu”, 1428), “Riyaz ül-aşiqin” (“Aşiqlәr bağı”, 1432), “Eşqnamә” (1434), “Hәft övrәng” (“Yeddi taxt”, 1439) vә “Zәfәrnamә” (1443) mәsnәvilәri] müәllifidir. Poemaların adları Nizaminin “Xәmsә”sindәn fәrqli olsa da, onların hәr biri müvafiq poemanın sәpki, süjet vә vәznindәdir. Şair hәr poemanın süjet xәttindә, zaman, mәkan vә obrazların tәsvirindә yenilik yaratmağa çalışmışdır. Nizaminin “Sirlәr xәzinәsi”nә cavab olan “Mәnhәc ül-әbrar” poemasında şairin humanist, әxlaqi, fәlsәfi görüşlәri әksini tapmışdır. “Riyaz ül-aşiqin” poemasında süjet xәttindәki hadisәlәr, o cümlәdәn Xosrovla Şirinin mәhәbbәti daha real sәpkidә tәsvir olunmuşdur. Bu әsәr Ə.M. “Xәmsә”sindәki poemaların hәcmcә әn irisidir (7882 beyt). Ə.M. “Leyli vә Mәcnun”a nәzirә olan “Eşqnamә”dә dә süjet xәttini orijinallaşdırmağa, obrazların, xüsusilә Leylinin sәciyyәsinә yeniliklәr gәtirmәyә sәy göstәrmişdir. Şair әsәrdә Leyli vә Mәcnunun dilindәn deyilmiş 10 qәzәl vermәklә onu epik-lirik poema kimi tәqdim etmişdir ki, bu hala Füzulinin “Leyli vә Mәcnun” poemasına qәdәr hәmin mövzuda yazılmış әsәrlәrdә rast gәlinmir. “Yeddi gözәl” poeması mövzusunda yazılmış “Hәft övrәng” vә “İsgәndәrnamә”yә nәzirә olan “Zәfәrnamә” poemaları da süjet xәtti, obrazların şәrhi, kompozisiya baxımından orijinal cәhәtlәrә malikdir. Şairin divanlarının yeganә yarımçıq әlyazma nüsxәlәri Rusiya EA Şәrqşünaslıq İn-tunun Sankt-Peterburq şöbәsinin kitabxanasındadır.
Əd.: Алиев Г.Ю. Темы и сюжеты Низами в литературах народов Востока. М., 1985.