ƏŞRƏFİ – qızıl sikkә (çәkisi 3,45 q). 1422–38 illәrdә Misirdә Bürci mәmlük sultanlarından olan Əşrәf Seyfәddin Barsbay tәrәfindәn kәsilmiş vә onun adı ilә adlandırılmışdır. Azәrb.-da Sәfәvilәr dövlәtindә kәsilmiş müvafiq çәkili qızıl sikkәlәr dә Ə. adlandırılırdı.