ƏŞRƏFİ Muxtar Əşrәfoviç (29.5.1912, Buxara – 15.12.1975, Daşkәnd) – özbәk bәstәkarı, dirijor. SSRİ xalq artisti (1951), SSRİ Dövlәt mükafatı laureatı (1943, 1952), Beynәlxalq Nehru mükafatı laureatı (1972). Sәmәrqәnd Musiqi vә Xoreoqrafiya İn-tunu (1930), Leninqrad konservatoriyasını (1948) bitirmişdir. 1930–47 illәrdә Özbәkistan Opera vә Balet Teatrının bәdii rәhbәri vә baş dirijoru, 1947 ildәn (fasilәlәrlә) Daşkәnd konservatoriyasının rektoru olmuşdur (1953 ildәn prof.). “Boran”, “Böyük kanal” (1939, 1941; hәr ikisi S.Vasilenko ilә birgә), “Dilorom” (1958), “Şairin qәlbi” (1961) operalarının, “Mәhәbbәt” (1969), “Mәhәbbәt vә qılınc” (1970) baletlәrinin, 2 simfoniyanın, kantataların (o cümlәdәn “Xoşbәxtlik tәranәsi”, 1952), kamera-vokal vә instrumental әsәrlәrin, dram tamaşalarına vә kinofilmlәrә musiqinin müәllifidir. 2 Lenin ordeni, 2 “Qırmızı Əmәk Bayrağı” vә “Şәrәf nişanı” ordenlәri ilә tәltif edilmişdir.
Əsәri: Музыка в моей жизни. Ташкент, 1975.