ƏŞRƏFOĞULLARI BƏYLİYİ – tәqr. 13 әsrin 80-ci illәrindәn 1326 ilәdәk Anadoluda mövcud olmuş bәylik. Banisi Beyşehirde Əşrәfoğlu Seyfәddin Süleyman bәy idi. Əşrәfoğlu Süleyman bәy sәlcuq sultanı III Qiyasәddin Keyxosrov [1264–83] hakimiyyәti dövründә uc bәyi olmuşdur. Qiyasәddin Keyxosrovun elxan Tәküdar Əhmәdin әmri ilә öldürülmәsindәn sonra hakimiyyәtә Qiyasәddin Mәsud gәldi. Öldürülmüş sultanın anası nәvәlәrini qorumaq mәqsәdilә Əşrәfoğlu Süleyman bәyi Konyaya naib vәzifәsinә dәvәt etmişdir. 1302 ildә atasının yerinә hakimiyyәtә gәlәn Mübarizәddin Mehmed bәy dövründә Ə.b.nin tәrkibinә Bolvadin vә Akşehir bölgәlәri dә qatılmışdır. Digәr Anadolu bәylәrbәyilәri kimi Mübarizәddin Mehmed bәy dә 1314 ildә Hülaku әmiri Çobana tabe oldu. 1326 ildә hakimiyyәtә gәlәn Mehmed bәyin oğlu Süleyman şahın Anadolu valisi Demirtaş bәy tәrәfindәn öldürülmәsindәn sonra Ə.b.nә son qoyuldu.