ƏŞRƏFOV Əşrәf Haqverdi oğlu (1924, Ucar r-nunun Qazyan k. – 29.9.2001, Bakı) – Azәrb. cәrrahı. Tibb e.d. (1989), prof. (1991). Azәrb. Dövlәt Tibb İn-tunu bitirmişdir (1953). İn-tu bitirdiyi ildәn ömrünün sonunadәk Azәrb. Dövlәt Tibb İn-tunun (indiki ATU) I cәrrahi xәstәliklәr kafedrasında işlәmişdir. Tәdqiqatları, әsasәn, öd kisәsi vә öd yollarının cәrrahi xәstәliklәrinә hәsr edilmişdir. 90-dan çox elmi әsәrin müәllifidir.