ƏŞYA, mülki hüquqda – әmtәә formasına malik vә mülki hüquqların (әşya hüququnun) obyektinә aid olan maddi predmet. Hәmçinin nağd pullar vә qiymәtli kağızlar, enerji (mәs., neft, qaz, elektrik enerjisi) vә tәbii (mәs., torpaq sahәlәri, yer tәki sahәlәri) ehtiyatların müxtәlif növlәri Ə. rejiminә malikdir. Azәrb. Resp.-nın Mülki Mәcәllәsinә әsasәn, bitkilәr vә heyvanlar Ə. deyildir. Onların hüquqi vәziyyәti xüsusi qanunla müәyyәnlәşdirilir. Əgәr qanunvericilikdә ayrı qayda müәyyәnlәşdirilmәyibsә, Ə.-ların hüquqi vәziyyәti bitkilәrә vә heyvanlara da şamil edilir (MM, maddә 135.3). Nağdsız pullar vә sәnәdsiz qiymәtli kağızlar (tәlәb hüququ), elәcә dә müstәsna hüquq obyektlәri vә mühafizә qabiliyyәtli mәlumat (intellektual mülkiyyәt) Ə.-ya aid deyil.
Ə.-lar dövriyyәsi mәhdudlaşdırılmayan (sәrbәst özgәninkilәşdirilәn vә bir şәxsdәn başqasına keçәn); dövriyyәsi mәhdudlaşdırılan (xüsusi icazә ilә özgәninkilәşdirilәn vә ya yalnız dövriyyәnin müәyyәn iştirakçılarına mәnsub ola bilәn); dövriyyәdәn çıxarılmış (özgәninkilәşdirilmәsi qadağan edilәn vә yalnız dövlәt mülkiyyәtindә olan) kimi tәsnif edilir. Daşınmaz (torpaq sahәlәri, yer tәki sahәlәri, su obyektlәri, meşәlәr, çoxillik әkmәlәr, binalar, qurğular vә torpaqla möhkәm bağlı olan digәr Ə.-lar, yәni tәyinatına tәnasübsüz zәrәr vurulmadan yerinin dәyişdirilmәsi mümküm olmayan obyektlәr; dәniz vә hava gәmilәri, daxili sularda üzәn gәmilәr vә kosmik obyektlәr; yaşayış vә qeyri-yaşayış sahәsi, çoxmәnzilli yaşayış evlәrinin ümumi әmlakı) vә daşınar (qanunla daşınmaz Ə.-lara aid edilә bilmәyәn bütün Ə.-lar) Ə.-lar fәrqlәndirilir.
Bir sıra Avropa ölkәlәrinin (Almaniya, Fransa, İtaliya) qanunvericiliklәrindә torpaq sahәsinә olan әşya hüquqları daşınmaz Ə. qismindә nәzәrdәn keçirilir. Sahibkarın öz torpaq sahәsinә ondan istifadә etmәk üçün birlәşdirdiyi vә tәsәrrüfatın zәruri elementini tәşkil edәn tәyinatına görә daşınmaz Ə. növü dә mәlumdur (Fransa). İngilis-amerikan hüququnda “sahiblikdәki Ə.” (choses in possession), yәni әşyaların özlәri vә “tәlәbdәki Ə.” (choses in action), yәni Ə.-ya hüquqlar fәrqlәndirilir. Hәr ikisi “real”, yәni daşınmaz (real property) vә “şәxsi” (personal property), yәni daşınar әmlakın tәrkibinә daxil ola bilәr.
Bundan әlavә, fәrdi-müәyyәn (hüquqi cәhәtdәn әvәzedilmәz) vә ya növ әlamәtlәrinә görә müәyyәnlәşәn (әvәzedilәn); bölünәn vә bölünmәz (tәyinatı dәyişdirilmәdәn bölünә bilmәyәn vә qanunun göstәrişinә görә bölünmәli olmayan Ə.-lar); sadә vә mürәkkәb (ümumu tәyinat üzrә istifadә olunan müxtәlif növlü Ə.-ların mәcmusu), әsas Ə. vә onun lәvazimatı (sonuncular ümumi anlamda vә ya әsas Ə.-nın mülkiyyәtçisinin aydın iradәsinә әsasәn tәsәrrüfatın daimi aparılması, әsas Ə.-nın istifadәsi vә ya saxlanılması üçün nәzәrdә tutulan vә ona uyğunlaşdırılan daşınar Ə.lardır); istehlak edilәn vә edilmәyәn (sonuncular yalnız digәr şәxslәrin istifadәsi zamanı verilә bilәr) Ə.-lar da fәrqlәndirilir. Ə.-nın verdiyi gәlir, artım vә (vә ya) üstünlük Ə.-nın bәhәridir. Ayrılanadәk bәhәr Ə.nın tәrkib hissәsidir. Ə.-nın mülkiyyәtçisi kimdirsә, Ə.-nın tәbii bәhәri dә onun mülkiyyәtindәdir (Azәrb. Resp. Mülki Mәcәllәsi, m. 135).
Yalnız Ə.-lardan deyil, әmlak hüquq vә vәzifәlәrindәn ibarәt әmlak komplekslәri dә (müәssisә, qapalı payçı investisiya fondu vә s.) Ə.-lara aid edilir. Belә komplekslәr mülkiyyәt hüququnun obyektlәri deyil, bәzi sövdәlәşmәlәrin, yәni öhdәçilik hüququnun vahid obyektlәridir.