Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏŞYA HÜQUQU

    ƏŞYA HÜQUQU – şәxslәrin fәrdi-müәyyәn әşyalara әmlak hüquqları normalarını ehtiva edәn mülki hüquq sahәsi. Subyektiv Ə.h.-na (mülkiyyәt hüququ vә s.) malik olan şәxs bu hüququ sәrbәst surәtdә, digәr (borclu) şәxslәrin yardımına ehtiyac duymadan hәyata keçirir. Mülkiyyәtçi әşyaya sahiblik, ondan istifadә vә ona dair sәrәncam vermәk hüququnu qanunla müәyyәn edilmiş hәddә öz mülahizәsinә görә realizә edir (Azәrb. Resp.-nın Mülki Mәcәllәsi, m. 152). Ə.h. mütlәq hüquqdur. Ə.h. әşyanın qaytarılmasına, tәlәb edilmәsinә yönәldilәn әşya iddiaları ilә müdafiә edilir (bax Vindikasiya, Neqator iddia).

    Ayrı-ayrı Ə.h.-nun mәzmunu vә onların növlәri müfәssәl şәkildә qanunla müәyyәnlәşdirilir. Mülki hüquq münasibәtlәrinin iştirakçıları arasındakı sazişlә Ə.h.-nun yeni növünü yaratmaq, yaxud mәlum olan növün mәzmununu dәyişmәk mümkün deyil. Ə.h.-nun obyekti yalnız fәrdi-müәyyәn әşyalardır; mәhdudlaşdırılmış Ə.h.-nun (girovdan başqa) obyekti isә – daşınmaz әşyalardır.

    Ə.h. 18–19 әsrlәrin ayrıcında feodal “parçalanmış” mülkiyyәt hüququ sisteminin mәhdudlaşdırılmış Ə.h nәzәriyyәsi (başqasının әşyalarına olan hüquqlar, lat. – jura in re aliena) ilә әvәzlәnmәsi nәticәsindә yaranmış Avropa kontinental hüququnun әnәnәvi institutudur; bu әvәzlәnmә torpaq sahәlәrinin vә digәr mәhdud maddi ehtiyatların iqtisadi cәhәtdәn zәruri vә hüquqi baxımdan müdafiә olunan qaydada bir şәxsin digәr şәxslәrin belә obyektlәrә mülkiyyәt hüququnda iştirakını tәminetmә yolu ilә daha geniş tәsәrrüfat istifadәsi zәrurәtindәn yaranmışdı. Ona görә bütün mәhdudlaşdırılmış Ə.h.-larının (girov hüququndan başqa) obyekti torpaq sahәlәri vә digәr daşınmaz әşyalardır. Ə.h. anqloamerikan hüquq sisteminә mәlum deyil, belә ki, bu sistem özünün mühafizәkar әnәnәlәrinә riayәt edәrәk, daşınmaz әşyalara müxtәlif müstәqil “mülkiyyәt hüquqları” (mәs., vәkalәtli mülkiyyәt – trast) sistemini işlәyib-hazırlamışdır.

    Mәhdudlaşdırılmış Ə.h.-ları mülkiyyәt hüququndan asılıdır vә törәmә prinsipinә uyğun olaraq, onsuz mövcud ola bilmәz; onlar özgәsinin әşyasına yüklülük qazandırır vә mülkiyyәtçisindәn asılı olmayaraq onu müşayiәt edir. Ənәnәvi olaraq mәhdudlaşdırılmış Ə.h.-nun aşağıdakı növlәri fәrqlәndirilir: 1) özgәsinin әşyasından mәhdud istifadә hüququ – servitut, uzufrukt; 2) әşya tәminat hüququ – girov, ipoteka; renta, yüklü edilәn daşınmaz әşya (adәtәn torpaq sahәsi); 3) müәyyәn әşyanı әldәetmә hüququ – daşınmaz әşyanın, yaxud ona mülkiyyәt hüququnda iştirak payının әldә olunmasında üstünlük hüququ.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç