ƏTALƏT (lat. inertia – hәrәkәtsizlik, süstlük), klassik mexanikada – maddi nöqtәyә xarici tәsirlәr olmadıqda vә ya bu tәsirlәr bir-birini kompensasiya etdikdә onun öz sükunәt vә ya düzxәtli bәrabәrsürәtli hәrәkәt halını saxlaması xassәsi. Xarici tәsirlәr kompensasiya olunmadıqda maddi nöqtәnin sürәtinin dәyişmәsi ani olmayıb, tәdricәn baş verir.