Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏTALƏT HESABLAMA SİSTEMİ

    ƏTALƏT   HESABLAMA   SİSTEMİ  (inersiya hesablama sistemi) – әtalәt qanunu doğru olduğu hesablama sistemi: әgәr maddi nöqtәyә heç bir qüvvә tәsir etmirsә (vә ya bir-birini qarşılıqlı tarazlaşdıran qüvvәlәr tәsir edirsә), o ya sükunәt, ya da düzxәtli bәrabәrsürәtli hәrәkәt halında olur. Ə.h.s.-nә nәzәrәn düzxәtli bәrabәrsürәtli hәrәkәtdә olan istәnilәn sistem dә Ə.h.s.dir. Nәzәri olaraq, istәnilәn sayda Ə.h.s. ola bilәr vә onların hamısında fizika qanunları eyni cür tәzahür edir (nisbilik prinsipi).

    Ə.h.s.-nә nәzәrәn tәcillә hәrәkәt edәn hesablama sistemi qeyri-inersiyaldır vә orada әtalәt qanunu doğru deyil.

    “Ə.h.s.” anlayışı elmi abstraksiyadır. Real hesablama sistemi hәmişә hәr hansı bir konkret cisimlә (Yerlә, kosmik gәminin gövdәsi ilә, tәyyarә ilә vә s.) bağlanır vә müxtәlif obyektlәrin hәrәkәti dә mәhz bu cismә nәzәrәn tәyin olunur. Bütün real cisimlәr tәcillә hәrәkәt etdiyindәn, istәnilәn real hesablama sistemini ancaq müәyyәn yaxınlaşmada Ə.h.s. saymaq mümkündür. Hesablama mәrkәzindә Günәş, koordinat oxları isә üç uzaq ulduza yönәlmiş heliosentrik sistemi çox yüksәk dәqiqliklә Ə.h.s.-dir. Belә Ə.h.s. sәma mexanikası vә kosmonavtika ilә bağlı mәsәlәlәrin hәllindә işlәdilir. Texniki mәsәlәlәrin hәllindә Ə.h.s. kimi Yerlә vә ya daha böyük dәqiqlik tәlәb olunduqda (mәs., giraskopiyada) Yerin mәrkәzi ilә tәrpәnmәz bağlı olan, koordinat oxları isә uzaq ulduzlara yönәlmiş hesablama sistemindәn istifadә edilir.

    Bir Ə.h.s.-dәn digәrinә keçdikdә fәza koordinatları vә zaman Nyutonun klassik mexanikasında Qaliley çevrilmәlәrinә (bax Qalileyin nisbilik prinsipi), relyativistik mexanikada isә Lorents çevrilmәlәrinә uyğun olaraq dәyişir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç