ƏTALƏT QANUNU – klassik mexanikanın әsas postulatlarından biri; maddi nöqtәyә xarici tәsirlәr olmadıqda vә ya bu tәsirlәr bir-birini kompensasiya etdikdә, әtalәt hesablama sisteminә nәzәrәn onun sükunәt vә ya düzxәtli bәrabәrsürәtli hәrәkәt halında olacağını isbatlayır. Ə.q. Q.Qaliley tәrәfindәn müәyyәn edilmiş, bitkin formada İ.Nyuton (“Natural fәlsәfәnin riyazi әsasları”, 1687) tәrәfindәn verilmişdir. Bax Nyutonun mexanika qanunları.