ƏTALƏT MOMENTİ – irәlilәmә hәrәkәti etmәyәn cismin әtalәtlilik ölçüsü (kütlә ilә yanaşı) olan vә cisim daxilindә kütlәnin paylanmasını xarakterizә edәn fiziki kәmiyyәt. Mexanikada oxa nәzәrәn Ə.m. ilә mәrkәzdәnqaçma Ə.m.-ni fәrqlәndirirlәr. Hәr hansı bir z oxuna nәzәrәn Ə.m. dedikdә göstәrilәn düsturla tәyin olunan kәmiyyәt nәzәrdә tutulur:
burada mi – cismin nöqtәlәrinin kütlәlәri, hi – onların z oxundan mәsafәlәri, ρ – kütlә sıxlığı, V – cismin hәcmidir. Iz qiymәti ox әtrafında fırlanan cismin әtalәtliyinin ölçüsüdür (bax Fırlanma hәrәkәti). Oxa nәzәrәn Ə.m.-ni, hәmçinin әtalәt radiusu adlanan r xәtti parametri ilә dә ifadә etmәk olar: Iz = Mr 2, burada M – cismin kütlәsidir. Ə.m.-nin dimenzionu L2M-dir vә kq·m2 vә ya q·sm2 vahidlәri ilә ifadә olunur.
Verilmiş O nöqtәsindәn çıxan x, y, z Dekart oxları ilә tәyin olunmuş sistemә nәzәrәn mәrkәzdәnqaçma Ə.m. bu düsturlarla:
Ixy = Σmi xi yi , Iyz = Σmi yi zi , Izx = Σmi zi xi (2) vә ya sәlt mühit üçün uyğun hәcm inteqralları ilә ifadә olunur. Bu kәmiyyәtlәr cisimlәrin dinamik qeyri-tarazlığını xarakterizә edir. Mәs., z oxu üzrә yönәlmiş valın fırlanması zamanı onun yastıqlara etdiyi tәzyiq Ixz vә Iyz qiymәtlәrindәn asılıdır. z vә z′ paralel oxlarına nәzәrәn Ə.m. bir-biri ilә aşağıdakı kimi әlaqәlidir:
Iz = Iz′ + Md 2, (3)
burada z′ – cismin kütlә mәrkәzindәn keçәn ox, d – oxlar arasındakı mәsafәdir.
Mürәkkәb konfiqurasiyaya malik cisimlәrin Ə.m.-ni adәtәn tәcrübi yolla tәyin edirlәr.