ƏTALƏT NAVİQASİYASI – müxtәlif obyektlәrin (gәmi, tәyyarә, raket vә s.-nin) hәrәkәt koordinatlarının vә parametrlәrinin tәyini vә hәrәkәtinin idarә olunması üsulu; әtalәt xassәlәrinә әsaslanır vә avtonomdur, yәni xarici sәmtlәşdiricilәrә (yönәldicilәrә), yaxud kәnardan verilәn siqnallara (mәs., radiosiqnallara) ehtiyac olmur. Ə.n.-nın mahiyyәti obyektә quraşdırılmış akselerometrin kömәyi ilә onun tәcilini vә tәcilә görә obyektin yerini (koordinatlarını), kursunu, sürәtini, keçib getdiyi yolu, hәmçinin obyektin stabillәşmәsi üçün lazımi parametrlәri müәyyәnlәşdirmәkdәn vә onun hәrәkәtini avtomatik idarә etmәkdәn ibarәtdir. Ə.n. vasitәlәrinin әsas elementlәri giroskopik cihazlardır. Sәhvlәrin tәdricәn toplanması Ə.n.-nın çatışmayan cәhәtidir. Çox vaxt digәr naviqasiya üsulları ilә birgә istifadә olunur.