Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏTƏGİRMİŞ DIRNAQ

    ƏTƏGİRMİŞ DIRNAQ – dırnaq lövhәsi kәnarının barmağın dırnaq yastığına girmәsi. Çox vaxt ayağın 1-ci barmağının dırnaq lövhәsinin lateral kәnarı әtә girir. Sәbәblәri: dırnağın düzgün kәsilmәmәsi, narahat ayaqqabı geyinmә (xüsusәn şişburunlu),  yastıayaqlılıq,  hәmçinin  dırnaq lövhәsinin travması, göbәlәklә zәdәlәnmә vә s. Əsas   әlamәtlәri: yeriyәrkәn barmaqda güclәnәn ağrı, qızartı, dırnaq yastığının iltihabı, ödem – bunlar ayaqqabı geyinmәyi çәtinlәşdirir. İnfeksiya inkişaf etdikdә patoloji qranulyasiyanın inkişaf etmәsi ilә dırnaq yastığında yara әmәlә gәlir. Limfangit limfadenitin dә qoşulması mümkündür. Şәkәrli diabet, ayaq arteriyalarının zәdәlәnmәsi zamanı Ə.d. barmaqda qanqrenin inkişafına sәbәb ola bilәr. Müalicәsi: konservativ olaraq duz, kaliumpermanqanat  vә  ya  çay sodasının  zәif mәhlulu ilә isti vanna. Effekt olmadıqda cәrrahi müalicә (dәyişilmiş dırnaq yatağı hissәsinin vә ya dırnaq lövhәsi hissәsinin kәnar edilmәsi; lazer korreksiyası) labüddür. Lazer müalicәsindәn sonra residiv nadir hallarda tәsadüf edilir, çünki dırnaq lövhәsinin kәnarı artıq böyümür. Göbәlәk zәdәlәnmәsi zamanı cәrrahi müalicә göbәlәyә qarşı preparatlarla birgә aparılır. Profilaktikası: dırnaqların düzgün kәsilmәsi (barmağın baş sәviyyәsindә düz xәtt üzrә), rahat ayaqqabı, ortopedik xәstәliklәrin (yastıayaqlılıq) aradan qaldırılması, şәxsi gigiyena qaydalarının gözlәnilmәsi.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç