ƏTƏKLİK – qadın üst köynәyinin әtәyinәdәki bәzәk növü. Əsasәn toy, şәnlik paltarının әtәyinә tikilirdi. Zәrgәrlik üsulu ilә hazırlanan midaxıl, kәsmә pәrәk, qızıl pul, pilәk vә s. zinәtlәrdәn ibarәt Ə.-lәr geniş yayılmışdı. Azәrb. qadınları arasında pilәk Ə.-dәn daha çox istifadә edilirdi. Ə. üçün hazırlanmış zәrgәrlik bәzәklәri ya bafta, ya da ensiz parça üzәrinә bәnd edilirdi. 20 әsrin әvvәllәrinәdәk geniş yayılmışdı.