ƏTİQİ TƏBRİZİ Cәlalәddin Mәhәmmәd ibn Qütbәddin (?, Tәbriz – 1340, Tәbriz) – Azәrb. şairi, alim. Mükәmmәl tәhsil görmüş, müxtәlif elmlәrә yiyәlәnmiş, Tәbrizdә qazi olmuşdur. Farsca yazmış, dövrünün mәşhur şairlәrindәn sayılmışdır. Hümam Tәbrizinin müasiri olmuş Ə.T.-nin 1343 ildә tәrtib edilәn divanı İstanbulda Fateh kitabxanasında saxlanılır. Türk әdәbiyyatşünası Sürurinin hazırladığı mәcmuәdә Ə.T.-nin 16 qәzәli, İstanbulun Lala İsmayıl kitabxanasındakı bir cüngdә (1341– 42) 90 qәzәli verilmişdir.
Əd.: Tәrbiyәt M. Danişmәndani-Azәrbaycan. B., 1987.