ƏTİRŞAH (Geranium) – әtirşahkimilәr fәsilәsindәn çoxillik, bәzәn birillik ot cinsi – uzunsaplaqlı, yarpaqları dilimli, yaxud yarılmış, yarpaqaltlıqlıdır. Çiçәklәri düzgün, beşüzvlüdür; erkәkciyi 10 әdәddir; 5 әdәd dimdikşәkilli burulmuş meyvә yarpaqcığından ibarәt yumurtalığı üstdür. 400-әdәk növü var. Azәrb.-da 23 növü mәlumdur. Qırmızı Ə. (G. sanguineum), göyәrçini Ə. (G. columbinum), dilimli Ə. (G. dissectum), meşә Ə.-ı (G. silvaticum) vә s. növlәri ilә yanaşı, Şәrqi Qafqaz Ə.-ı vә zәrif Ə. da geniş yayılmışdır. Bәzi növlәri dekorativ bitki kimi becәrilir. Şamdangülü cinsindәn olan bәzi növlәr Ə. adlanır. Ə.-ın tәrkibindә aşı vә boya maddәlәri, efir yağı vardır; bu yağ geraniol, sitronellol vә s.-dәn ibarәt olduğu üçün әtirşah yağı qızılgül yağının iyini verir; bәzi növlәrinin yarpağında C vitamini olur. Ə. qәdimdәn dünyanın bir çox ölkәlәrindә geniş becәrilir.
Гырмызы ятиршащ (Geranium sanguineum).