Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏTİRŞAHKİMİLƏR

    ƏTİRŞAHKİMİLƏR  (Geraniaceae)  – ikilәpәli çiçәkli bitkilәr fәsilәsi. Birillik vә çoxillik otlar, bәzәn dә kiçik ağaclardır. Bitkilәr sadә vә vәzili tükcüklәrlә örtülmüşdür. Ə. efir yağı ifraz etdiyindәn xoşagәlәn  әtirli,  yaxud  kәskin  iyli  olur. Yarpaqları sadәdәn mürәkkәb yarılmışa qәdәr olub, çiçәkaltlıqlıdır. Çiçәklәri tәktәk, yaxud çәtir çiçәk qrupunda toplanmış, әlvan rәnglidir. Erkәkciyi 5–10 (15-әdәk) әdәddir. Meyvәlәri bölünәndir, mәrkәzi bәrkimiş burulan uzun buruncuqlu 5 әdәd tәktoxumlu meyvәciklәrә (merikarpilәr) bölünür (toxumların atılması üçün uyğunlaşma). Ə.-in mülayim vә subtropik enliklәrdә yayılmış 800-әdәk cinsi vә 5 (6) növü mәlumdur. Ən mühüm cinslәri: әtirşah (Geranium-380-әdәk növ) hünd. 70 smәdәk, budaqlanmış gövdәsi vә yarılmış, yaxud dilimli, iridişli yarpaqları olan kökümsov otlar, bәzәn yarımkollardır, Şimal yarımkürәsinin  mülayim  qurşağında  vә tropik qurşağın dağlarında bitir; şamdangülü; durnaotu. Bәzәn şamdangülü cinsindәn olan bitkilәr dә әtirşah adlanır. Şamdangülünün bәzi növlәri vә hәmçinin Cәnubi Afrikada yayılmış sarkokaulon cinsindәn olan әtli, qalın gövdәli әsası yoğunlaşmış kollar – sukkulentlәrdir. Ə.-in bir çox növü qiymәtli aşılayıcı (yerüstü orqanlarında, köklәrdә yüksәkkeyfiyyәtli taninlәr vardır), dekorativ vә efiryağlı bitkilәrdir. Adәtәn “әtirli әtirşah” adlanan çәhrayı pelarqoniyanın (Pelarqonium roseum) mürәkkәb hibrid formaları geniş becәrilir; yerüstü hissәlәrindәn tәrkibi qiymәtli qızılgül yağına yaxın efir yağı alınır. Gülçülükdә qrup vә bordür әkinlәrindә, hәmçinin alpinarilәrdә al-qırmızı әtirşah (G. sanquineum), yastılәçәk әtirşah (G. platypetalum), gürcü әtirşahı (G. ibericum) vә s. әkilir. Bunlar quraqlığa vә şaxtayadavamlı, işıqlanmaya tәlәbkar olmayan, zәif turş torpaqları sevәn, kökümsov vә toxumla çoxalandır. Azәrb.da әtirşah vә durnaotu cinslәrinin 32 növü yayılmışdır. Ə.-in bir çox növü müxtәlif ölkәlәrin xalq tәbabәtindә (cövhәri büzücü tәsirә malikdir) tәtbiq olunur.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç