Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏTRAF MÜHİTİN MÜHAFİZƏSİ

    ƏTRAF  MÜHİTİN  MÜHAFİZƏSİ  – әtraf mühitә tәsәrrüfat vә digәr fәaliyyәtlәrin mәnfi tәsirlәrinin mәhdudlaşdırılması üzrә (tәşkilati, hüquqi, iqtisadi, tәbii-elmi, istehsal-texniki) dövlәt vә hüquq tәdbirlәri kompleksi; әtraf mühitә hәm tәbii mühit, hәm dә onun sosial tәlәbatlarını tәmin etmәk üçün insanın yaratdığı süni obyektlәr (binalar, yollar, mühәndis qurğuları vә s.), hәmçinin tәbii-antropogen xarakterli obyektlәr (bağlar, meşә zolaqları vә s.) aiddir. Ə.m.m. dövlәtin vә onun yerli özünüidarә orqanlarının tәbiәti mühafizә vә sosial funksiyalarına daxildir. Ətraf mühitin әlverişli, yaxşı olması, tәbii ehtiyatların rasional istifadәsi vә bәrpası mәqsәdilә Ə.m.m. dövlәt vә bәlәdiyyә orqanları, ictimai vә siyasi partiyalar, biznes fәaliyyәti iştirakçıları tәrәfindәn tәmin olunur.

    Ə.m.m. üçün istifadә olunan iqtisadi vasitәlәr: tәbiәti qoruyan qabaqcıl texnologiyaları tәtbiq edәn müәssisәlәrә vergi güzәştlәri, tullantıların vә çöküntülәrin müasir tәmizlәmә üsulu vә metodlarının yaradılması vә hәyata keçirilmәsinә, tullantıların tәkrar işlәnmәsinә, sәs-küy vә insan üçün müxtәlif zәrәrli şüalanma sәviyyәsinin azaldılmasına iqtisadi vә maliyyә stimulları; әtraf mühitә mәnfi tәsirә görә iqtisadi sanksiyaların tәtbiqi; bir sıra ölkәlәrdә xüsusi ekoloji vergilәrin qoyulması; Ə.m.m. vә s. üzrә dövlәt proqramlarının maliyyәlәşdirilmәsi.

    Ə.m.m. qanunvericiliklә tәnzimlәnir. Tәbiәti qoruma normaları ekoloji, torpaq, su, meşә, şәhәr tikintisi inzibati qanunvericilik vә konstitusiyalarda, beynәlxalq müqavilәlәrdә, qanunvericilik vә tәnzimlәyici aktlarda olur. Ə.m.m. haqqında qanunvericiliyin pozulmasına görә cinayәt vә inzibati cavabdehlik qanunla müәyyәn olunur. Hәmçinin әtraf mühitә vurulmuş ziyan tәzminatını tәmin edәn vәtәndaş cavabdehliyi dә nәzәrdә tutulur.

    Azәrbaycanda әtraf mühitin mühafizәsi. Azәrb. Resp. Konstitusiyasının 14, 39 vә 78 maddәlәrindә uyğun olaraq tәbii ehtiyatlar (tәbii ehtiyatlar hәr hansı fiziki vә ya hüquqi şәxslәrin hüquqlarına vә mәnafelәrinә xәlәl gәtirmәdәn Azәrb. Resp.-na mәnsubdur), sağlam әtraf mühitdә yaşamaq, Ə.m.m. hüquqları bәyan olunur. Bütün bunlar bir sıra qanun vә aktlarda, müxtәlif dövlәt idarәlәrinin norma vә qaydalarında öz әksini tapmışdır. Ekoloji qanun pozuntuları haqqında cinayәt mәcәllәsindә vә inzibati qanun pozuntuları haqqında Mәcәllәdә xüsusi fәsillәr vardır. Azәrb. Resp. Cinayәt Mәcәllәsinin (2012) 28-ci fәsli ekol. cinayәtlәrә hәsr olunub vә bu sahәlәri әhatә edir: İşlәrin yerinә yetirilmәsi zamanı Ə.m.m. (qorunması) qaydalarını pozma (247-ci maddә); ekoloji cәhәtdәn tәhlükәli maddәlәrin vә tullantıların dövriyyәsi qaydalarını pozma (248 maddә); baytarlıq qaydalarını vә bitki xәstәliklәrinә vә ziyanvericilәrinә qarşı müәyyәn edilmiş mübarizә qaydalarını pozma (249 maddә); suyu (su mәnbәlәrini) çirklәndirmә (250 maddә); atm.-i (havanı) çirklәndirmә (251 maddә); dәniz mühitini çirklәndirmә (252 maddә); torpaqları korlama (254 maddә). Azәrb. Resp. İnzibati Xәtalar Mәcәllәsinin 9-cu fәsli Ə.m.m., tәbiәtdәn istifadә vә ekoloji tәhlükәsizlik qaydaları әleyhinә olan inzibati xәtalara hәsr olunmuş vә әtraf mühitin qorunmasının bütün sahәlәrini tam әhatә etmәklә qanunu tәnzimlәyir. Bu fәslin 76-cı maddәsi әtraf mühitә atılan, axıdılan vә ya basdırılan zәrәrli maddәlәrin miqdarının, habelә zәrәrli fiziki tәsirlәrin hәdlәrinin yol verilә bilәn normativlәrdәn artıq olması, 76-1. bәndi isә atm. havasının mühafizәsi sahәsindә qanunvericiliyin pozulması hallarına nәzarәt edir. Atm. havasının mühafizәsi onun keyfiyyәtindә ekoloji vә gigiyenik normativlәrә vә fiziki tәsirlәrin yol verilә bilәn hәdlәrinә әmәl olunmasına nәzarәt edir vә qanun pozuntularına görә fiziki vә hüquqi şәxslәrә inzibati qaydada cәrimәlәr tәtbiq olunur. Çirklәndirici maddәlәrin dövlәt qeydiyyatı yerinә yetirilir, atılmaların hәcminin, çirklәndiricilәrin qatılığının azaldılması, zәrәrli maddәlәrin zәrәrsizlәşdirilmәsi vә s. üzrә tәdbirlәr keçirilir. Stasionar mәnbәlәrә tullantıların yol verilә bilәn qiymәtlәrinә görә texniki normativlәr müәyyәnlәşdirilir.

    Əsas çirklәndiricilәrin qatılığı bir neçә dәfә azalmışdır. Stasionar mәnbәlәrdәn atılmaların bәzi azalmalarına baxmayaraq, atm.-in avtonәqliyyatdan çirklәnmәlәri hәr yerdә artır. Havanın çirklәnmәsinә tәbii yanğınlar da (meşә, torf, çöl) tәsir göstәrir. Sәthi vә yeraltı suların tükәnmәsi vә zәrәrli maddәlәrlә çirklәnmәsinin qarşısının alınması qanunla qorunur [o cümlәdәn dövri (qapalı) su tәchizatı sisteminin kömәyilә sәnaye vә mәişәt çirkab sularının tәmizlәnmәsi, suqoruyucu zonaların yaradılması, su obyektlәrinә yol verilә bilәn tәsirlәrin normativlәri]. Tәmizlәyici qurğular quraşdırılmayan obyektlәrin istismara verilmәsi qadağandır. Sudan istifadә vә çirkab suların atılması lisenziyalaşdırılır, su ehtiyatlarının istifadәsinә vә mühafizәsinә, su obyektlәrinin monitorinqinә dövlәt nәzarәti yerinә yetirilir. Çirkabların vә çirklәndirici maddәlәrin atılmasına görә cәrimәlәr tәtbiq edilir; әldә olunmuş vәsaitlәr su obyektlәrinin bәrpa vә mühafizәsinә yönәldilir. Bütün bu tәdbirlәrә baxmayaraq, içmәli su tәchizatında istifadә olunan bәzi yerli vә sәthi su mәnbәlәrinin suyu sanitar normalara, su anbarları isә gigiyenik normativlәrә tam cavab vermir. Atılan çirkab sularının bir qismi tәmizlәnir, qalan çirkli sular ümumiyyәtlә tәmizlәnmir. Su anbarlarından götürülәn suyun azı 10%-i su-kanalizasiya şәbәkәlәrindә itir. Yeraltı (qrunt) suların çirklәnmәsi artır. Yerüstü suların әsas çirklәndiricilәri: neft mәhsulları, fenollar, asan oksidlәşәn üzvi maddәlәr, mis, xrom, sink, dәmir, manqan, ammonium vә nitrit azotun birlәşmәlәri, hәmçinin liqnin, formaldehid, pestisidlәr. Azәrb. Resp. Cinayәt Mәcәllәsinin Torpaqları korlama (254 maddә) vә Azәrb. Resp. İnzibati Xәtalar Mәcәllәsinin 9cu fәslin 86-cı maddәsi torpaqların (meşә fondu torpaqlarının) zibillәnmәsi vә korlanması hallarına qarşı tәdbirlәri tәnzimlәyir. Torpaq kodeksi vә s. qanunlara uyğun olaraq torpaqdan istifadә ekoloji sistemlәrin saxlanması, torpağın deqradasiyadan müdafiәsi (o cümlәdәn eroziya, daşqın, subasma, şoranlaşma), çirklәnmәsi, torpaqların pozulması, k.t. vә digәr torpaqların münbitliyinin saxlanmasını tәmin edәn üsullarla yerinә yetirilmәli, torpaqda zәrәrli maddәlәrin yol verilә bilәn qatılıq hәddi müәyyәnlәşdirilmәlidir. Tikinti vә faydalı qazıntıların çıxarılması zamanı torpaqların münbit  tәbәqәsi  mütlәq  götürülmәli  vә  azmәhsuldar  torpaqların  yaxşılaşdırılması üçün istifadә olunmalıdır.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç