ƏTYEMƏZLİ – Azәrb. Resp. Ağdam r-nunun Qiyaslı ә.d.-ndә kәnd. R-n mәrkәzindәn 2 km şm.-da, Qarabağ düzündәdir. Əh. 1855 (2015); işğaldan (1993, iyul) әvvәl üzümçülük vә quşçuluqla mәşğul olmuşdur. Orta mәktәb, texniki peşә mәktәbi, uşaq bağçası, klub, kitabxana, tibb mәntәqәsi, şәrab z-du var idi.