Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏTYEMƏZLİK, vegetarianlıq

    ƏTYEMƏZLİK, vegetarianlıq (ing. vegetarian, lat. vegetabilis – bitki mәnşәli) – heyvan mәnşәli mәhsulların qәbulunu istisna etmәk vә ya mәhdudlaşdırmaqla, bitki mәnşәli mәhsulların qәbuluna әsaslanan qidalanma sistemi. Ə.-in başlanğıcı qәdim zamanlara gedib çıxır, әsasında dini vә etik prinsiplәr dururdu. 19 әsrin 1-ci yarısında Avropada (xüsusilә bitki qidaları geniş әhali kütlәsi üçün daha әlçatan olan ölkәlәrdә) Ə. geniş yayılmışdır. Müasir nutrisiologiya qarışıq qidalanma (bitki vә heyvan mәnşәli mәhsullar) tövsiyә edir. Heyvan mәnşәli qidanın tәrkibindә orqanizmin hәyat fәaliyyәti üçün әhәmiyyәtli olan mürәkkәb aminturşular, A, B qrupu vitaminlәri vә s. olur. Orqanizmin zülallara olan fizioloji tәlәbatını tәmin etmәk üçün çoxlu miqdarda bitki mәnşәli qida lazım olur, bu da hәzm orqanlarını hәddindәn artıq yüklәyir vә onların funksiyasında bir sıra pozuntular törәdә bilir; bitki zülalı heyvani zülala nisbәtәn xeyli pis hәzm olunur.

    Hipertoniya, ateroskleroz, kәskin vә xroniki böyrәk xәstәliklәri zamanı, sidik turşulu diatez, podaqra vә s.-dә müalicә mәqsәdilә vegetarian qidalanma tәtbiq olunur. Vegetarian qidalanmaya müvәqqәti keçmәk tәdricәn hәyata keçirilir, çünki tәlәskәn keçid kәskin zәiflik vә ağır fәsadlar törәdә bilәr (bax hәmçinin Qidalanma).

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç