ƏVƏZ OTAROĞLU (15.8.1884, Xivә –1919, Xivә) – özbәk şairi, maarifçi. 19 yaşından tanınmış, şeirlәrindә ictimai әdalәtsizliyi, ruhanilәrin hiylәgәrliyini, cәhalәti tәnqid etmişdir (“Xalq”, “Müsәlman ruhanilәrinin başçılarına”, “Mәmurlara”, “Mәktәb” vә s.). Yaradıcılığı forma etibarilә rәngarәngdir (qәzәl, qәsidә, müxәmmәs, müsәddәs, rübai, qitә vә s.). Klassik özbәk әdәbiyyatı әnәnәlәrini davam etdirmiş, folklor surәtlәrindәn faydalanmışdır.
Əsәri: Избр. произведения. Ташкент. 1966.