ƏVƏZ SADIQ (Əbülfәz Əli oğlu S a d ı qovun tәxәllüsü; 1898, Ordubad – 27.8. 1956, Bakı) – Azәrb. yazıçısı, jurnalist, tәrcümәçi. 1920 ildәn Ordubad vә Naxçıvanda müәllim işlәmiş, sonralar jurnalistika sahәsindә çalışmış – “Şәrq qapısı” qәzetinin (1925–27), “Kirpi” jurnalının (1952–56) redaktoru, “İnqilab vә mәdәniyyәt” (indiki “Azәrbaycan”) jurnalında mәsul katib (1927–33; 1938–41; 1946–51) olmuşdur. Əmәk adamlarına hәsr olunmuş oçerk vә hekayәlәrdәn ibarәt “Xatirәlәr” (1933), “Yeni gün” (1938), “Qәrәnfil” (1945), “Qәhrәmanlar” (1948), “Zәrqәlәm” (1950), “Bizim adamlar” (1951), “Bәsti” (1953), “Sabahı yaradanlar” (1953) kitablarının müәllifidir. “Mingәçevir” (1951) romanında yeni insan xarakterinin formalaşması tәsvir edilir. Satirik әsәrlәr dә yazmışdır (“Nadürüstov vә başqaları” toplusu, 1955). “Pravda” (Moskva) qәzetindә felyetonları dәrc olunmuşdur. Sofokl, Esxil, L.N.Tolstoy, E.Zolya vә b.-nın әsәrlәrini Azәrb. dilinә tәrcümә etmişdir. Adına küçә vә mәktәb var.
Əsәrlәri: Seçilmiş әsәrlәri. B., 1958; Избранное. Б., 1958; Seçilmiş әsәrlәri. B., 1971.