ƏVƏZETMƏ, dilçilikdә – bir dil vahidinin әvәzinә başqasının işlәdilmәsi, dil vahidlәri üzәrindә aparılan tәdqiqat üsullarından biri. Eyni tәrkib (mәtn) daxilindә müxtәlif vahidlәri әvәz etmәklә onların birbirinә nisbәtini, әlaqәsini müәyyәnlәşdirmәk mümkündür (mәs., ürәyi qırılmaq – qәlbi qırılmaq). Ə.-nin iki növü vardır: 1) zaman vә şәkil formalarında – qrammatik formaların öz mәnalarında deyil, fәrqli mәnada, yalnız mәtndә kәsb etdiklәri mәnada işlәnmәsi: sabah gedirik (gedәcәyik/gedәrik әvәzinә); 2) leksik – sözün yeni mәna kәsb edәrәk digәr söz әvәzindә işlәnmәsi: uğur (müvәffәqiyyәt әvәzinә), yüzillik (әsr әvәzinә).