ƏVƏZLƏYİCİ QÜVVƏ – cismә tәtbiq edilmiş qüvvәlәr sisteminә ekvivalent olan qüvvә (R); sistemi tәşkil edәn qüvvәlәrin vektorial cәminә bәrabәrdir: R = ΣFk. Əgәr bir nöqtәyә tәtbiq olunmuş qüvvәlәr sistemi üçün R ≠ 0 isә, onda mütlәq bu nöqtәyә tәtbiq oluna bilәn Ə.q. var. Qüvvәlәr sistemini onun Ə.q.-si ilә yalnız o halda әvәz etmәk mümkündür ki, bu sistem mütlәq bәrk cisim halında olsun, yәni heç bir daxili gәrginliyә vә deformasiyaya malik olmasın. Ə.q.-si mövcud olmayan qüvvәlәr sisteminә misal kimi cüt qüvvәlәr vә ya eyni bir müstәvidә olmayan iki qüvvә göstәrilә bilәr.