ƏVƏZLİK – başqa nitq hissәlәrinin (isim, sifәt, say vә zәrfin) yerindә işlәnәn, mәnaca onu әvәz edәn vә hәmin sözün funksiyasını yerinә yetirәn әsas nitq hissәsi. Ə.-lәr digәr nitq hissәlәrinә nisbәtәn daha mücәrrәd vә ümumi mәna yükü daşıyır. Onları sәciyyәlәn dirәn mühüm әlamәtlәrdәn biri situativ şәrtiliyә malik olmalarıdır (mәs., “o” Ə.-i bütün әşyalara, “elә” bütün әlamәtlәrә, “neçә” isә bütün kәmiyyәt mәnalı anlayışlara müvafiq gәlә bilәr). Bir çox dillәrdә olduğu kimi, Azәrb. dilindә dә şәxs Ə.-lәrinin müәyyәn qismi dilin inkişafı nәticәsindә müstәqil söz şәklini itirәrәk, şәkilçi halına düşmüşdür. Ə.-lәrin bu cür şәkilçilәşmәsi nәticәsindә dilimizdә mәnsubiyyәt, şәxs vә xәbәrlik kateqoriyaları yaranmışdır. Vaxtilә müstәqil sözlә ifadә olunan bu kateqoriyalar müasir Azәrb. dilindә yalnız şәxs әlamәtlәri ilә ifadә edilir. Müasir Azәrb. dilin dә Ə.-lәrin şәxs (mәn, sәn, biz), işarә (o, bu, elә, belә), sual (kim, nә, hara, hansı, nә qәdәr), qeyri-müәyyәn (kim isә, bәzisi, bir neçәsi), tәyin (bütün, hәr, öz, filan, eyni), inkar (heç kim, heç bir şey) növlәri var. Ə.-lәr quruluşca iki yerә bölünür: sadә (mәn, o, elә, kim), mürәkkәb (nә qәdәr, heç kim).
Əd.: H ü s e y n z a d ә M. Müasir Azәrbaycan dili. Morfologiya. B., 2007.