Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏVƏZOLUNMAYAN YAĞ TURŞULARI

    ƏVƏZOLUNMAYAN YAĞ TURŞULARI, e s s e n s i a l  y a ğ  t u r ş u l a r ı – mәmәlilәrin normal hәyat fәaliyyәti üçün zәruri olan birәsaslı polidoymamış karbon turşuları; ümumi formulu 

    CH3(CH2)x(CH=CHCH2)y(CH2)zCOOH

    (x=1, 4, 5, 7, y = 1–6, z = 0–7, karbon atomlarının sayı 18–24, sis-konfiqurasiya) olan birlәşmәlәr. Əvvәllәr Ə.y.t.-na canlı orqanizmlәrdә sintez olunmayan, lakin digәr mәhsulların biosintezindә onların әvәzolunmayan sәlәflәri bitki mәnşәli iki turşu – linolev 

    CH3(CH2)4(CH=CHCH2)2(CH2)6COOH

    vә α-linolen (trien)

    CH3CH2(CH=CHCH2)3(CH2)6COOH

    turşuları aid edilirdi. Linolev turşusu araxidon tur şusunun (bu öz növbәsindә prostaqlandinlәrin vә tromboksanların biosintezindә sәlәf rolunu oynayır) yeganә sәlәfidir. Mәmәlilәrin qidasında linolev vә α-linolen turşularının çatışmazlığı böyümәni lәngidir, reproduktiv funksiyanı zәiflәdir, dermatit törәdir, qanın koaqulyasiya xassәsini azaldır, ürәyin fәaliyyәtini pozur. Sonralar linolev vә α-linolen turşularının metabolitlәri – araxidon, dokozaheksaen, eykozapentaen vә s. turşular Ə.y.t.-na aid edildi. Əvәzolunmaz hesab olunmayan bu turşular, bir qay da olaraq, heyvan orqanizmindә sintez oluna bilir; lakin onlar linolev vә α-linolen tur şuların çatışmazlığının simptomlarını aradan qaldırmaq qabiliyyәtinә malik olduğuna görә şәrti olaraq Ə.y.t.-na aiddir. Ə.y.t.-nın ümumi sayı dәqiq müәyyәn edilmәmişdir. Onların adlarının qısa yazılış forması (karbon atomlarının vә ikiqat rabitәlәrin sayı, karboksil qrupuna nәzәrәn daha aralı olan ikiqat rabitәnin vәziyyәti göstәrilir, mәs., α-linolen turşusu üçün: 18:3 ω-3) geniş istifadә olunur. Ə.y.t. özlü mayelәrdir, üzvi hәlledicilәrdә yaxşı hәll olur, suda hәll olmur. Karbon turşularının xassәlәrinә malikdir, asan polimerlәşir, izomerlәşir, hidrogenlәşir vә oksidlәşir; Ə.y.t. yağların hidrolizindәn alınır. Prostaqlandinlәrin vә digәr lipoperoksidlәrin biosintezindә iştirak edir, bütün biol. membranların komponentlәridir. Ə.y.t. yüksәk antioksidant aktivliyi göstәrir, aterosklerozun inkişafını lәngidir, maddәlәr mübadilәsini yaxşılaşdırır. İnsan orqanizminә linolev vә α-linolen turşuları bitki vә heyvan yağlarının tәrkibindә, digәr turşular isә heyvan yağlarının tәrkibindә qida ilә daxil olur. İnsanın Ə.y.t.-na tәlәbatı sutkada tәqr. 10 q-dır (linolev turşusuna görә hesablanmışdır). 

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç