ƏVHƏDƏDDİN KİRMANİ ( ), H a m i d i b n Ə b ü l - F ә x r ә l - K i r m a n i (1164, İran, Kirman – 21.3.1238, Bağdad) – İran sufi mütәfәkkiri, şair. Əxi Evrәnin mürşidi. Türk әsilli olması ehtimal edilir. Bağdadda oxumuş, bir müddәt orada müdәrrislik etmiş, tәsәvvüfә meyil göstәrmişdir. Tәbriz, Gәncә vә Şirvanı gәzmiş, uzun müddәt Naxçıvanda yaşamışdır. Şirvanşah Axsitanla yaxın münasibәti olmuşdur. Azәrb. mütәfәkkiri Şeyx Rüknәddin Sücasinin müridi olmuş, onun sayәsindә tәsәvvüfün görkәmli simalarından birinә çevrilmişdir. Şam vә Konyada İbn Ərәbi ilә görüşmüş, 1205 ildә Abbasi xәlifәsi Nasirin tapşırığı ilә fütüvvәt ideologiyasını yaymaq üçün İbn Ərәbi vә Əxi Evrәnlә birgә Anadoluya getmişdir. 1210 –15 illәrdә Nasir tәrәfindәn Abbasilәr xilafәti ilә Eldәnizlәr arasında elçilik vәzifәsini icra etmişdir. Hәmin dövrdә Azәrb.-da bir sıra müridlәr yetişdirmişdir (Sәdәddin Naxçıvani, Yusif Sürmari, Müinüddin Tәbrizi, Tacәddin Urmәvi, Şәmsәddin Tiflisi vә b.). 1221 ildә Mәcdәddin İshaqın ölümündәn sonra onun daşıdığı “Rum şeyxlәrinin şeyxi” fәxri adı Ə.K.-yә verilmişdir. 1237 ildәn Mәrzbaniyyә xanәgahının şeyxi olmuşdur. Allahın camal sifәtinin (gözәllik atributlarının) varlıqlarda seyr edilmәsi ideyasını dәstәklәmiş Ə.K. hәr bir şeydә Allahın müşahidә olunduğunu göstәrәrәk, sәma mәclislәrindә (sufilәrin musiqi vә rәqs mәclislәri) qadın vә kişi müridlәrin birgә iştirakının tәrәfdarı olmuşdur. Ə.K.-nin tәsәvvüf mövzularına dair rübailәr toplusu alman vә ingilis dillәrinә tәrcümә edilmişdir.