ƏVVƏL-AXIR – Azәrb. aşıq şeirindә poetik forma. Ə.-a.-da şeirin bütün misraları eyni hәrflә başlayır vә hәmin hәrflә dә qurtarır. Qoşma, müxәmmәs, divani, gәraylı vә tәcnislәrdә istifadә olunur. Forma mürәkkәbliyi sәnәtkardan böyük mәharәt tәlәb edir. Az yayılmışdır. Molla Cümәnin N hәrfi üstündә qurulan tәcnisi mәşhurdur.