ƏYAR, p r o b – zәrgәrlik mәmulatları, medal vә s. hazırlamaq, yaxud pul kәsmәk üçün işlәdilәn әrintilәrin tәrkibindә qızıl, gümüş, platin, palladium vә ya başqa nәcib metalların miqdarını göstәrәn işarә. Nәcib metallardan hazırlanan mәmulata mexaniki möhkәmlik vermәk vә istәnilәn rәng almasına nail olmaq üçün ona liqatura adlanan metallar (mis, sink, nikel) әlavә olunur. Ə.-ın metrik, karat, misqal ölçü sistemlәri qәbul edilmişdir. Metrik Ə. әrintinin 1000 q-ında olan nәcib metalın (qızıl, gümüş, platin, palladium) qramla miqdarını göstәrir. Karat Ə. sistemini (9, 12, 14, 18, 21, 22, 23, 24) metrik sistemlә hesablamaq üçün karatla göstәrilәn әdәdi 24-ә bölüb 1000-ә vurmaq, misqalı metrikә çevirmәk üçün isә misqal Ə.-ını (36, 48, 56, 72, ... 96) 96-ya bölüb 1000-ә vurmaq lazımdır. Ən çox işlәdilәn metrik sistemdә qızıl üçün 375 (9 karat, 36 misqal), 500, 583, 585, 750, 958, 999 (24 karat, 96 misqal), gümüş üçün 750, 800, 875, 916, 925, 960, platin üçün 950, palladium üçün 500 vә 850 Ə.-ları müәyyәn edilmişdir. Mәmulatın Ə.-ına ona vurulan dövlәt damğası ilә zәmanәt verilir.