Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏYAR ANALİZİ

    ƏYAR ANALİZİ – müxtәlif materiallarda nәcib metalların (әsasәn, qızıl vә gümüşün) miqdarının (әyarının) tәyini üsulları; qiymәtli metalların әrinmiş qurğuşunda yaxşı hәll olunaraq asanәriyәn әrintilәr әmәlәgәtirmәsi xüsusiyyәtinә әsaslanır. Qızılı sәrbәst halda ayırırlar vә miqdarını bilavasitә ölçmә ilә tәyin edirlәr, gümüş isә mәhlula keçirilir vә digәr üsullarla onun miqdarı müәyyәnlәşdirilir. Ə.a pirometallurgiya vә kimyәvi üsullarla aparılır. Ümumi şәkildә qızıl vә gümüşün Ə.a.-nin әhatә etdiyi mәrhәlәlәr: şixtәlәmә – analiz edilәn materialın әyarı ilә reagentlәrin qarışığının hazırlanması; 500°C vә daha yüksәk temp-rlarda qurğuşun әrintisindә nәcib metalların puta vә ya şerber әritmәsi; ayırma (kupelyasiya) – qurğuşunun kәnarlaşdırılması vә qızıl-gümüş külçәnin alınması; külçәnin bişirilmәsi – gümüşün turşuda hәll olması, ayrılmış qızılın ayrıca qalması; ayrılmış qızılın yuyulması, qurudulması vә miqdarının tәyini (çәkilmәsi). Qızılın Ə.a. e.ә. 2000 il әvvәl Qәdim Misirdә, sonralar isә Babilistan, Yunanıstan, Romada tәtbiq edilmәyә başlanmışdır. Ə.a.-nin müasir üsulları filizlәrdә, konsentratlarda, әrintilәrdә, mәmulatlarda qızıl vә gümüşün tәyin edilmәsi, faydalı qazıntı yataqlarının tәrkibindәki nәcib metalların qiymәtlәndirilmәsi, onların hasil olunması vә istehsalına nәzarәtin tәşkili, zәrgәrlik-mәişәt mәmulatlarının tәrkibindә qiymәtli metalların miqdarının yoxlanılması (mәmulatın әyarının tәyini vә tәsdiqlәnmәsi) üçün istifadә olunur. Bu üsullar yüksәk dәqiqliyi ilә seçilir, çox sadә vә ucuz avadanlıq işlәdir vә qızılın miqdarını geniş intervalda (kütlәyә görә 10–4-dәn 99,9%-әdәk) tәyin etmәyә imkan verir. Qızılın әrintilәrdә vә sәnaye konsentratlarında miqdarını tәyin edәn Ə.a. üsulları Beynәlxalq Standartlaşdırma Tәşkilatının standartlarına vә bir çox dünya ölkәlәrinin milli standartlarına daxildir. Ə.a.-nin bir sıra mәnfi cәhәtlәri dә var – analizin nәticәlәrinin onu aparan işçinin tәcrübәsindәn asılılığı, hәmçinin yüksәk temp-rlarda qurğuşun vә turşuların istifadә olunması nәticәsindә çox zәhәrli olan qazların ayrılması. Çox vaxt әyarın mәhәkdaşı vasitәsilә müәyyәn olunmasını da Ə.a. üsullarına aid edirlәr. Zәrgәrlik-mәişәt mәmulatının bütövlüyünü pozmadan әyarını tәyin etmәk üçün bu üsuldan istifadә olunur. Mәhәkdaşı qara vә ya qәhvәyi rәngdә silisiumlu şistdәn ibarәtdir. Onun tәmizlәnmiş sәthinin bir yerindә yoxlanılması tәlәb olunan mәmulatla 2–3 mm enindә, 10–12 mm uz.-nda bir cizgi, hәmin cizginin yanında isә etalon olaraq hazırlanmış әyar iynәlәri kompleksinin mәlum tәrkibli iynәsi ilә başqa cizgi çәkilir. Sonra hәr iki cizginin üzәrinә bir damcı әyar reaktivi salınır. Bir neçә saniyәdәn sonra hәmin rәnglәrin intensivliyinin müqayisәsi yoxlanılan mәmulatın әyarı haqqında müәyyәn fikir söylәmәyә imkan verir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç