ƏYİLGƏN SAP, ә y i l g ә n b a ğ – i n ş a a t m e x a n i k a s ı n d a yalnız dartılmaya işlәyәn, әyilmәyә çox az müqavimәt (sәrtlik) göstәrәn әyilgәn element. Adәtәn, asma örtüklәr vә s.-nin yükdaşıyan troslarının, yüksaxlayan elementlәrinin hesablama modeli kimi istifadә edilir. Ə.s. hәr növ yükә uyğun asılma forması alan hәndәsi dәyişәn sistemdir.