ƏYİLGƏN VAL, ç e v i k v a l – asan әyilәn vә çәtin burulan val; iş vaxtı vәziyyәtini dәyişdirәn detallar arasında fırlanma hәrәkәtini vә burucu momenti ötürmәk üçündür. Mil şәklindә olan Ə.v. özәkdәn, onun üzәrinә sarınmış bir neçә qat mәftildәn (әyilgәn şlanq, yaxud qoruyucu örtüklә örtülmüş) vә uclarındakı birlәşdirici armaturdan (patron, çәngәl vә s.) ibarәtdir. Bәzi hallarda (mәs., çoxgövdәli buxar turbinlәrindә) tәtbiq olunan oynaqlı Ə.v.-da isә birbiri ilә oynaqla birlәşdirilmiş qısa hissәlәr әyilgәn örtük içәrisindә yerlәşdirilir. Əl ilә işlәdilәn mexaniklәşdirilmiş alәt vә cihazlarda (mәs., bormaşında), mәsafәdәn idarәetmә vә nәzarәt qurğularında (mәs., avtomobil vә digәr nәql. vasitәlәrinin spidometrindә), hermetik fәzada, kosmosda, su altında vә s. aparılan işlәrdә istifadә olunur. Stasionar mühәrriklәrdәn qidalanan güc ötürücülәrindә (mәs., әl maşınlarında) normallaşdırılmış Ə.v. tәtbiq edilir.