ƏYİLMƏ (materiallar müqavimәtindә) – deformasiya növü; xarici qüvvә vә ya başqa tәsirlәr altında brusun (tirin), lövhәnin, qabıq konstruksiyaların vә s. әyilmәsi (yaxud әyriliyinin dәyişilmәsi) ilә xarakterizә olunur. Düz brus üçün fәrqli Ə. növlәri var: yastı (sad ә) Ə.-dә milin әyilmiş oxu qüvvәnin tәsir müstәvisi üzәrindә olur; mürrәkәb (fәza) Ə. müxtәlif müstәvilәrdә yerlәşәn qüvvәlәrdәn yaranır; ç ә p Ə.-dә әyilmә müstәvisi tәsir edәn qüvvәlәrin yerlәşdiyi müstәvi ilә üst-üstә düşmür. Bu növ Ə. mürәkkәb Ə.-nin xüsusi halıdır. Brusun en kәsiyinә tәsir göstәrәn qüvvәlәrdәn asılı olaraq Ə. növlәri: xalis Ə. ancaq әyici momentlәr olduqda cüt qüvvә tәsiri altında baş verir; eninә Ə.-dә әyilәn elementin en kәsiyindә әyici momentdәn başqa kәsici qüvvә dә olur; b o y u n a (uzununa) Ə.-dә oxboyu sıxıcı qüvvәlәrin tәsiri altında mil qabarır; Ə.-nin bu növü elastik sistemlәrdә dayanıqlığın itirilmәsinin xüsusi halı sayılır. Uzu nuna-eni nә Ə.-dә milin oxu boyu vә milә perpendikulyar istiqamәtlәnmiş qüvvәlәr eyni vaxtda tәsir göstәrir.