ƏYİLMƏ NÖQTƏSİ – müstәvi әyrinin qabarıq hissәsini çökük hissәsindәn (vә ya әksinә) ayıran nöqtә (bax Qabarıq vә çökük funksiyalar). y = f (x) әyrinin tәnliyidirsә vә f ″(x) kәsilmәzdirsә (bax Kәsilmәz funksiya), Ə.n.-nin absisinin x0 olması üçün zәruri şәrt f ″(x0) = 0, kafi şәrt isә x0-ın müxtәlif tәrәfindә f ″(x0)-ın әksişarәli olmasıdır. Bu nöqtәnin yaxın әtrafında әyri hәmin nöqtәdәki toxunanın müxtәlif tәrәfindә yerlәşir vә normalla toxunanın әmәlә gәtirdiyi çarpaz bucaqların daxilindә qalır. Mәs., y = x5 funksiyasının qrafiki (0, 0) nöqtәsindә әyilir.