ƏYİRMƏ-BURMA MAŞINI – toxuculuq sәnayesindә müxtәlif liflәrdәn burulmuş saplar istehsal edәn maşın. Ə.-b.m.-nda әyirmә vә burma proseslәri eyni vaxtda aparılır. Əvvәllәr müxtәlif maşınlarda icra olunan әyirmә, birlәşdirmә, burma vә sarıma әmәliyyatları bu maşında ardıcıl yerinә yetirilir. 2 sapdan burulmuş iplik alınır. Ə.-b.m.-nın tәtbiqi ipliyin qırılmasını 2–3 dәfә azaldır, xәtti sıxlığı müxtәlif olan iplik alınmasına imkan verir, mәhsuldarlığı artırır, ipliyin maya dәyәrini aşağı salır, ayrılan tiftiyi vә sәrf olunan elektrik enerjisini azaldır.