ƏYLİS – Azәrb. Resp. Ordubad r-nu (Nax. MR) әrazisindә çay. Arazın sol qolu. Uz. 24 km, hövzәsinin sah. 58 km2. Zәngәzur silsilәsindәki Xoşlu d.-ndan (3100 m hünd.-dәn) başlanır. Əsasәn qar suları vә yeraltı sularla qidalanır. Sel vә daşqınlar olur. Suvarmada istifadә edilir.