ƏYLİS – Azәrb.-da orta әsr yaşayış mәntәqәsi; sәnәtkarlıq vә ticarәt mәrkәzi. İndiki Ordubad r-nu (Nax. MR) әrazisindә, Arazın sol sahilindәn 10–12 km mәsafәdә, Əylis çayının hәr iki sahilindә yerlәşirdi. Əsasәn ipәk ticarәti ilә mәşğul olan Ə. tacirlәri bir çox Şәrq vә Avropa ölkәlәri (Portuqaliya, Hollandiya, İspaniya, İtaliya vә s.) ilә ticarәt edirdilәr. 17–18 әsrlәrdә Ə. Sәfәvi–Osmanlı müharibәlәri nәticәsindә dağılmış, 1752 ildәn sonra kiçik kәndә çevrilmişdir. 19 әsrdә yenidәn dirçәlmişdir. Hәmin әsrin 60-cı illәrindә burada 50 dәzgahdan ibarәt ilk ipәksarıma f-ki fәaliyyәt göstәrirdi. Ə.-dә qala divarları, mәscid, mәbәd, karvansara, dükan, hamam xarabalıqları qalmışdır. Bir neçә mәhәllәdәn (Xanlar mәhәllәsi, Meydan mәhәllәsi, Aşağı mәhәllә vә s.) ibarәt olan Ə. 19 әsrin sonlarında Aşağı Əylis vә Yuxarı Əylis kәndlәrinә ayrılmışdır.