ƏYLİS MƏSCİDİ – Ordubad r-nunun Əylis k.-ndә orta әsrlәrә aid memarlıq abidәsi. Tәdqiqatçılara görә, mәscid 16 әsrdә Sәfәvi şahı I Abbasın göstәrişi ilә inşa edilmişdir (el arasında Şah Abbas mәscidi dә adlanır). Mәscidin әvvәllәr mövcud olmuş mәdrәsәsi son zamanlara qәdәr qalmış, yenidәn bәrpa olunmuşdur.