ƏYRƏK – Azәrb. Resp. Şahbuz r-nunun (Nax. MR) Külüs k.-nin şm.-ında, Külüsçayın sağ sahilindә orta әsrlәrә aid arxeoloji abidә. Sah. 2 ha-dır. Yaşayış yerindә iri daşlardan hörülmüş, divarlarının eni 1–1,2 m olan, birotaqlı, bәzәn isә 2–3 otaqlı evlәrin qalıqları saxlanmışdır. Bir-birinә sıx yerlәşmiş evlәrin girişi ş. vә c. tәrәfdәndir. Buradan şirli vә şirsiz qablar tapılmışdır. Qazıntılar zamanı yaşayış yerinin yaxınlığında nekropol aşkar edilmişdir. Nekropoldakı qәbir daşları dördkünc prizmavarı şәkildә hazırlanmışdır. Onların üzәrindә yazı vә tәsvirlәrә rast gәlinmir. Lakin sinә daşlarından birinin üzәrindә orta әsr müsәlman qәbirlәri üçün sәciyyәvi olan at aparan insan tәsviri vardır. Tәdqiqatçılar Ə. yaşayış yerini 10–18, nekropolu isә 16–19 әsrlәrә aid edirlәr.