ƏYRİARX – Azәrb. Resp. Babәk r-nunun (Nax. MR) Cәhri k.-dәn c.-da, Qoşatәpәdәn ş.-dә arxeoloji abidә. Ərazi şumlandığından ilkin görkәmini itirmişdir. Bәzi yerlәrdә kül yığını vә bad (qatı gil qarışığı) qırıqlarına rast gәlinir. Mәdәni tәbәqәnin qalınlığı 0,5 m-dir. Yerüstü tapıntılar müxtәlif dövrlәrә aid keramika mәmulatından (әsasәn çәhrayı rәngdә, bişirilmiş, bәzilәri qırmızı boya ilә örtülәrәk cilalanmışdır), kirkirә vә s.dәn ibarәtdir. Ə. yaşayış yeri 1–10 әsrlәrә aid edilir.