Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏYRİBAŞLAR

    ƏYRİBAŞLAR, ankilostomlar (Ancylostoma) – Rhabditida dәstәsinin Ancylostomatidae fәsilәsindәn nematodlar cinsi. Mәmәlilәrin vә insanın bağırsağında parazitlik edir; geohelmintlәrdir. İnsanın onikibarmaq bağırsağında vә nazik bağırsağın yuxarı hissәsindә onikibarmaq әyribaşı (A. duodenale) yaşayır. Onun bәdәninin uz. 8–14 mm-dir; ön tәrәfin ucu qarmaq şәklindә әyilmişdir; ağzı arxaya, bel tәrәfә açılır (cinsin adı da buradandır); selikli qişanı zәdәlәyәn iti kәsici dişi var. Qanla qidalanır. Dişi fәrdin qoyduğu yumurtalar (sutkada 10.000-әdәk) fekali ilә xaric olur. Torpaqda bunlardan sürfәlәr çıxır (ikinci qabıqqoymadan sonra әvvәlki mәrhәlәnin kutikulasını әlavә müdafiә kimi saxlayır). İnvaziya sürfәlәrlә yoluxmuş qidanın vә suyun, yaxud sürfәnin dәri vasitәsilә qan-damar sisteminә, ağ ciyәrlәrә, oradan da bronxlarla vә traxeya ilә ağıza vә bağırsağa tәsadüfәn düşmәsi zamanı baş verir. İki qabıqqoymadan sonra cinsi yetkinliyә çatır; bağırsaqda 5 ilәdәk yaşaya bilir. Yoluxma çox vaxt tropik vә subtropik r-nlarda baş verir. Biol. әlamәtlәrinә vә patogenliyinә görә onikibarmaq Ə.-ına yaxın olan Amerika әyribaşı, yaxud nekator (Nekator americanus) hәmin fәsilәnin cinslәrindәn birinә aiddir. Hәr iki növ ankilostomidozların başvermә sәbәbidir. Heyvanların bağırsağında, әsasәn, A. caninum (itlәrdә vә pişiklәrdә) vә A. tubaeforma (yalnız pişiklәrdә) ankilostomoza sәbәb olur.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç