Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏYRİBOYUNLUQ

    ƏYRİBOYUNLUQ – başın әyri durması ilә sәciyyәlәnәn boyun deformasiyası. Ə. anadangәlmә (bәtndaxili inkişafın pozulması, doğum travmaları) vә ya xәstәliklәr nәticәsindә qazanılır (yaralanma, yanıq, sinir sisteminin zәdәlәnmәsi vә s.). Sümük vә әzәlә Ə.-u ayırd edilir. Sümük Ə.-u onurğanın boyun şöbәsinin anadangәlmә inkişaf anomaliyaları (pazabәnzәr yarım fәqәrә, boyun fәqәrәlәrinin bitişmәsi vә s.) zamanı müşahidә olunur. Döş-körpücükmәmәyәbәnzәr әzәlәnin dayanıqlı qısalması nәticәsindә anadangәlmә әzәlә Ə.-una daha çox rast gәlinir. Orta qulağın, gözün, blok sinirinin bәzi xәstәliklәri zamanı kompensator Ə.-unun olması mümkündür, belә hallarda başın müәyyәn vәziyyәti görmә çatışmazlığını kompensasiya etmәyә, başgicәllәnmәni aradan qaldırmağa vә s. kömәk edir. Stabil (“çalınmış”) Ə.-un sәbәbi boyun  fәqәrәlәrinin  çıxığı,  burxulması, spondiloartrozu vә ya spondiliti, әlavә sinir kökünün arxa kәllә çuxurunun şiş, yaxud çapıqla sıxılması vә s. ola bilәr. Mәrkәzi sinir sisteminin üzvi zәdәlәnmәlәri zamanı spastik Ə. inkişaf edir. Müalicәsi: fizioterapiya, müalicә idmanı, masaj, korreksiyaedici başsaxlayandan istifadә; spastik Ə. zamanı әsas xәstәliyin korreksiyası lazımdır. Konservativ müalicә effekt vermәdikdә döş-körpücük-mәmәvarı әzәlәdә cәrrahi әmәliyyat, pazabәnzәr yarımfәqәrәnin kәnar edilmәsi vә s. hәyata keçirilir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç