ƏYRİÇAY – Azәrb. Resp. Oğuz, Şәki vә Qax r-nlarında çay. Qanıx (Alazan) çayının sol qolu. Uz. 134 km, hövzәsinin sah. 1810 km2. Baş Qafqaz silsilәsinin c. yamacından (3200 m hünd.-dәn) başlanır. Əsasәn yeraltı vә yağış suları ilә qidalanır. Böyük qolları: Küngüt, Kiş, Şin, Qaşqaçay. Suvarmada istifadә edilir.