ƏYRİVƏNG – Azәrb. Resp. Gәdәbәy r-nunun Arıqıran ә.d.-ndә kәnd. R-n mәrkәzindәn 20 km c.-q.-dә, İnәkboğan çayının (Zәyәm çayının qolu) sahilindә, Şahdağ silsilәsinin yamacındadır. Əh. 473 (2015); әkinçilik vә heyvandarlıqla mәşğuldur. Ümumi orta mәktәb, kitabxana, hәmçinin 9–10 әsrlәrә aid alban mәbәdi var.