ƏYUN, Əl-Əyun – Afrikanın şm.-q.-indә şәhәr. Qәrbi Böyük Sәhranın mәrkәzi. Əh. 194,7 min (2009). Atlantika okeanı sahilindә, Əl-Hәmra vadisindәdir. Ticarәt mәrkәzidir. Bu-Kra (Ə.-dan 100 km c.-ş.dә) yatağından hasil edilәn fosforit Ə. yaxınlığındakı portdan ixrac olunur.
Яйун шящяриндян эюрцнцш.
Ərazidә ilk mәskәnlәr 10 әsrdә yaranmışdır. Ə. şәhәr kimi 1936 ildәn, İspaniyanın Qәrbi Böyük Sәhranı öz müstәmlәkәsi elan etdikdәn sonra mәlumdur. İspaniyanın protektoratı (1958 ildәn) vә dәnizaşırı әyalәtinin tәrkibindә (1961 ildәn) olmuşdur. 1975 ildә ispan qoşunları bölgәni tәrk etdikdәn sonra Mәrakeş kralı II Hәsәnin әmri ilә 350 min mәrakeşli Qәrbi Böyük Sәhranın yaşayış mәntәqәlәrindә, o cümlәdәn Ə.-da mәskunlaşdı. 1976 ildә yeni yaranmış Böyük Sәhra Ərәb Demokratik Resp.nın formal paytaxtı elan edilmişdi. Hazırda Mәrakeş Resp.-nın nәzarәtindәdir. İspan qalasının qalıqları, mәscid, ispan kilsәsi, tarixi muzey, әsnaf bazarı vә s. var.
Яйун. Ябдцл Язиз мясъиди. 1978.