ƏYYUB XAN Mәhәmmәd (14.5.1907, Britaniya Hindistanı, Haripur ş. yaxınlığında – 19.4.1974, İslamabad ş. yaxınlığında) – Pakistan prezidenti (1960–69). Tәcrübәli hәrbçi, İkinci dünya müharibәsinin iştirakçısı. Gen.feldm. (1959). Pakistan silahlı qüvvәlәrinin ilk pakistanlı baş komandanı (1951–54 vә 1956–58). Dövlәt çevrilişindәn (1958, oktyabr) sonra ölkәdә hakimiyyәti әlә keçirmiş, tezliklә prezident sәlahiyyәtlәrini öz üzәrinә götürmüşdür. 1959 ildә İslamabadı Pakistanın yeni paytaxtı elan etmişdir. Ə.x.-ın dövründә yeni konstitusiya qәbul edilmiş, Milli Mәclis seçilmiş, aqrar islahatla әlaqәdar bәzi tәdbirlәr görülmüş, 1958 ildә qadağan olunmuş siyasi partiyaların fәaliyyәtinә icazә verilmişdir. 1963 ilin dekabrından Pakistan Müsәlman Cәmiyyәtinin (PMC; 1947 ildә yaranmışdır) rәhbәri olmuşdur. Daşkәnd bәyannamәsini (1966) imzalamışdır. Ə.x. bloklara qoşulmaq xәttini dayandırdı. 1969 ilin martında prezident vәzifәsindәn istefaya çıxmış, sәlahiyyәtlәrini ordu komandanı gen. Yәhya xana vermişdir.