ƏYYUBLU (2012 ilәdәk Aşağı Ayıblı) – Azәrb. Resp. Tovuz r-nunda kәnd. Əyyublu ә.d.-nin mәrkәzi. R-n mәrkәzindәn 20 km c.-ş.-dә, Zәyәm çayının sahilindә, Gәncә-Qazax düzәnliyindәdir. Əh. 11325 (2015); heyvandarlıq vә әkinçiliklә mәşğuldur. 4 tam orta mәktәb, 3 uşaq bağçası, mәdәniyyәt evi, xәstәxana, kitabxana, klub var.