ƏYYUBOV Əsgәr Cabbar oğlu [3.8.1926, Nuxa (indiki Şәki ş.) – 27.3.2000, Bakı] – Azәrb. coğrafiyaçısı, iqlimşünas, coğrafiya e.d. (1971). Azәrb. SSR Dövlәt mükafatı laureatı (1970). 1955 ildәn ömrünün sonunadәk Azәrb. SSR EA Coğrafiya İn-tunda şöbә müdiri vәzifәsindә çalışmışdır. Əsas tәdqiqatları Azәrb.-ın iqlimi, k.t.-nın müxtәlif sahәlәrindә ondan yararlanma vә kurort iqlimşünaslığı mәsәlәlәrinә hәsr edilmişdir. Ə. Azәrb. әrazisindә aqroiqlim r-nlaşdırılmasını, iqlimin bonitirovkasını vә müqayisәli tәhlilini vermişdir. Azәrb. SSR-in aqroiqlim rayonlaşdırılması xәritәsinin (Azәrb. vә rus dillәrindә; M., 1976) müәllifi vә “Azәrbaycanın iqlimi” kitabının (rus dilindә) tәrtibçilәrindәn biridir. 200-dәn çox elmi әsәrin, o cümlәdәn 2 monoqrafiyanın müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti var. SSRİ Coğrafiya Cәmiyyәtinin Litke ad. Qızıl medalı (1976) ilә tәltif edilmişdir.
Əsәrlәri: Агроклиматическое районирование Азербайджанской ССР. Б., 1968; Бонитировка климата Азербайджанской ССР. Б., 1975.