ƏYYUBOV Tәlәt Ömәr oğlu (1919, Qazax ş. – 22.2.1977, Bakı) – Azәrb. şairi, tәrcümәçi. Əsәrlәri 1937 ildәn çap olunmuşdur. “Göyçәk” (1939), “Onaltılar” (1942), “Cәbhәyә” (1943), “Anam torpaq” (1945), “Arzu” (1954), “Dalğalar” (1963), “Sonalar uçur” (1966) vә s. şeir vә poema kitablarının müәllifidir. U.Şekspirin “Hamlet”, “Antoni vә Kleopatra”, “Qış nağılı” dramlarını, sonetlәrini, Lope de Veqanın “Sevilya ulduzu” faciәsini, F.Şiller, A.S.Puşkin, N.A.Nekrasov, A.Tvardovski, P.Antokolski, M.Svetlov vә b.-nın әsәrlәrini Azәrb. dilinә tәrcümә etmişdir.
Əsәrlәri: Роза ветров. Стихи. М., 1968; Dәnizdә bir küçә var. B., 1973.