ƏYYUBOV Veysәl Seyfәl oğlu (d.4.10. 1952, Ağdaş r-nu) – Azәrb. iqtisadçısı, iqtisadiyyat üzrә e.d. (2009), prof. (2014). Azәrb. Xalq Tәsәrrüfatı İn-tunu bitirmişdir (1974). 1974 ildәn müxtәlif elmi vә tәşkilati sahәlәrdә fәaliyyәt göstәrir. Əsas tәdqiqatları Azәrb. Resp.-nın tikinti tәşkilatlarında mәhsulun maya dәyәrinin aşağı salınması yolları, iqtisadiyyatda vergi sisteminin tәşәkkülü vә inkişafı problemlәrinә hәsr edilmişdi. Mingәçevir Dövlәt Untindә tәdris-elmi işlәr üzrә prorektor, iqtisadiyyatın tәnzimlәnmәsi kafedrasının müdiri vәzifәsindә çalışır. 119-dan çox elmi әsәrin, o cümlәdәn 1 monoqrafiya, 1 kitabın müәllifidir.
Əsәri: Büdcә vә vergi sistemi. B., 2004.